Peşəkar mühasib sertifikatı (PMS) ölkəmizdə peşəkar mühasib adını qazanmaq istəyən namizədlər üçün
nəzərdə tutulmuş sertifikasiyadır.
“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar
mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına
əsasən Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.
Bu imtahanda sizin PMS üzrə performansınızı elektron qaydada qiymətləndirmək üçün tərtib olunub.
PMS imtahanları aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:
PMS imtahanları aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:
- Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - I səviyyə PMS;
- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə PMS;